"iPhone 4"ə tələbat min faizə yaxın artıb

12-01-2026, 17:18           
"iPhone 4"ə tələbat min faizə yaxın artıb
Köhnə "iPhone 4" gözlənilmədən sosial şəbəkələrdə populyarlıq qazanıb ki, bu da ikinci əl bazarında ajiotaj və istifadəçi tələbinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.

Bu barədə "TechRadar" portalı xəbər verir.

Smartfonların təkrar emalı və yenidən istifadəsi bazarında fəaliyyət göstərən "Compare and Recycle" şirkətinin araşdırmasına görə, son bir il ərzində "Google"da "iPhone 4 almaq" ifadəsi üzrə axtarışların sayı 979% artıb. Analitiklər bu dinamikanı köhnəlmiş cihazların rəqəmsal kamera kimi istifadəsinin dəbə minməsi ilə əlaqələndirirlər.

"iPhone 4" sahibləri qeyd edirlər ki, onun 5 meqapiksellik kamerası "iPhone 17" də daxil olmaqla, müasir modellərlə müqayisədə texniki cəhətdən geri qalmasına baxmayaraq, şəkillərdə yaratdığı dənəvərlik və özünəməxsus atmosferə görə qiymətləndirilir.

Bununla yanaşı, "Compare and Recycle" mütəxəssisləri rəqəmsal təhlükəsizliklə bağlı ciddi risklərə diqqət çəkirlər. "iPhone 4" üçün son yeniləmə 2014-cü ildə buraxılmış "iOS 7.1.2" olub.

Mütəxəssislərin qiymətləndirməsinə görə, belə bir cihazdan əsas smartfon kimi istifadə şəxsi məlumatların sızmasına gətirib çıxara bilər. İstifadəçilərə tövsiyə olunur ki, "Apple ID" ilə daxil olmasınlar, elektron poçt, bank və ya məxfi məlumatların saxlanması ilə bağlı tətbiqlər quraşdırmasınlar və cihazdan yalnız yaradıcı məqsədlər üçün istifadə etsinlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru