Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
21-01-2026, 00:11
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, 2025-ci ildə əcnəbilərə 21 534 mənzil satılıb.
Valyuta.az xəbər verir ki, dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 113 mənzil əldə edib və ən çox mənzil alan 10 ölkə arasında 5-ci sırada qərarlaşıb.
Dekabrda əcnəbilər arasında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub – 504 mənzil. Onları 232 mənzillə İran, 193 mənzillə Ukrayna vətəndaşları izləyib.
Əcnəbilərə mənzil satışının ən yüksək olduğu şəhərlər sırasına isə İstanbul (7 989 mənzil), Antalya (7 118 mənzil) və Mersin (1 800 mənzil) daxil olub.