Gündə üç saatdan çox serial izləyənlərin NƏZƏRİNƏ: 61% insanda eyni problem aşkarlanıb

23-01-2026, 17:24           
Gündə üç saatdan çox serial izləyənlərin NƏZƏRİNƏ:
Çinli alimlər müəyyən ediblər ki, seriallara çox baxan insanlarda tənhalıq hissi daha güclü olur.

Tədqiqatın nəticələri "PLOS One" nəşrində dərc olunub.

Məlumata görə, tədqiqatda 500-dən çox könüllü iştirak edib. Hər bir iştirakçı həftədə ən azı dörd bölüm serial izləyib. Televiziyada ümumi izləmə müddəti gündə 3.5 saatdan çox olub.

Təhlillər göstərib ki, iştirakçıların 61%-i həddindən artıq izləmə asılılığı meyarlarına cavab verib. Tədqiqatçılar bu qrupda tənhalıq və problemli davranış arasında ən güclü əlaqəni aşkar ediblər.

Müəlliflər, həmçinin insanları fasiləsiz televiziya seriallarına baxmağa sövq edən motivasiyaları da araşdırıblar. Məlum olub ki, gündəlik problemlərdən və xoşagəlməz emosiyalardan qaçmaq istəyi və güclü emosional təcrübələr axtarışı əsas amillər kimi ortaya çıxıb.

Tədqiqatçıların fikrincə, tənha insanlar sosial qarşılıqlı əlaqənin olmamasını müvəqqəti olaraq kompensasiya etmək və müsbət emosiyaları artırmaq üçün televiziya seriallarından istifadə etməyə daha çox meyllidirlər.

Tədqiqat müəllifləri qeyd edirlər ki, tənhalıq serial izləmə asılılığının əhəmiyyətli göstəricisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru