Avtomobil mühərrikini məhv edən səhv

Dünən, 11:38           
Avtomobil mühərrikini məhv edən səhv
Avtomobil yağını fəsilə görə seçmək bəzi hallarda mühərrik üçün zərərli ola bilər.

Xəzər TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusi "qış yağları"na yalnız ekstremal şaxtaların müşahidə olunduğu bölgələrdə ehtiyac yaranır. Belə ki, temperaturun tez-tez -35 dərəcədən aşağı düşdüyü ərazilər istisna olmaqla, əksər hallarda mövsümə uyğun ayrıca yağ seçiminə zərurət yoxdur.


Avtomobil ustası Ruslan Əliyevin sözlərinə görə, keçmişdə istifadə olunan mineral yağlar temperatur dəyişikliklərinə qarşı daha həssas olub. Lakin müasir dövrdə istehsal edilən sintetik və yarımsintetik yağlar həm yay istisində, həm də qış soyuğunda öz keyfiyyətini qoruyub saxlayır. Onun fikrincə, əsas məsələ yağın fəsilə görə deyil, avtomobil istehsalçısının tövsiyələrinə uyğun seçilməsidir. Yanlış yağ seçimi isə mühərrikin sıradan çıxmasına qədər ciddi problemlərə yol aça bilər.

Mütəxəssislər vurğulayırlar ki, mühərrikin uzunömürlü olması üçün diqqət mövsümə deyil, texniki qulluq müddətlərinə yönəldilməlidir. Filtrlərin vaxtında dəyişdirilməsi və yalnız orijinal məhsullardan istifadə mühərrikin qorunmasında əsas rol oynayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]