Prezidentin bu gün vəzifə verdiyi Vüsal Nəsirli generalın oğludur? - DOSYE

7-02-2026, 00:15           
Prezidentin bu gün vəzifə verdiyi Vüsal Nəsirli generalın oğludur? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncam ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
SAVASHMEDİA.az Vüsal Nəsirlinin tərcümeyi-halını təqdim edir.

V.Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakultəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.

2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Sonda vacib bir məqamı da qeyd edək ki, Vüsal Nəsirlinin Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğlu olması barədə iddialar var. Lakin bu, rəsmən nə təsdiq, nə də təkzib edilmədiyindən məlumatın doğru olduğunu iddia etmirik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]