Xəzər payımız nə qədərdir?
11-02-2026, 09:18

Xəzərin bölgüsü 12 avqust 2018-ci ildə imzalanmış "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya" ilə tənzimlənir. Bu sənədə əsasən, dənizin suları ümumi istifadəyə açıqdır, lakin hər dövlətin suverenliyi altında olan zonalar müəyyən edilir:
1) Tam suveren sular - Birinci zona "ərazi suları"dır. Sahildən 15 dəniz millik (27,8 km) zolağı əhatə edən bu zona dövlətin suveren ərazisi sayılır.
2) Qismən-suveren sular - Ərazi sularına bitişik daha 10 dəniz mili (cəmi 25 mil və ya 46,3 km) genişliyində olan zona dövlətin müstəsna balıqçılıq hüququna malik olduğu sahədir ("balıqçılıq zonası").
3) Ortaq sular - 25 mildən kənarda qalan hissələr bütün sahilyanı ölkələrin gəmiləri üçün açıqdır ("ümumi su sahəsi").
Dəniz dibi isə beynəlxalq hüquq normaları və "orta xətt" (ing. median line) prinsipi əsasında milli sektorlara bölünür. Bu, "sadələşdirilmiş" sahil xəttinin (düz bazis xətləri / straight baselines) uzunluğuna mütənasib olaraq həyata keçirilir.
Sektoral bölgüdə Xəzər təkinin 30%-i Qazaxıstanın, 21%-i Türkmənistanın, 19%-i Azərbaycanın, 16%-i Rusiyanın, 14%-i İranın payına düşür.
Hər dövlət öz sektorunda neft, qaz və digər mineral resursların hasilatı üzrə müstəsna hüquqlara malikdir.
Azərbaycanın tam suvereniteti altında olan sahəni hesablaya bilərsiniz?
Фуад Гулиев
TEREF

