Piylənmədən əziyyət çəkən insanların nəzərinə: Ölüm riski 70 faiz daha yüksəkdir

12-02-2026, 17:24           
Piylənmədən əziyyət çəkən insanların nəzərinə:
London Universitet Kollecinin alimləri piylənmədən əziyyət çəkən insanların infeksiyalar səbəbindən xəstəxanaya yerləşmə və ya ölüm riskinin 70% daha yüksək olduğunu aşkar ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Medical Xpress" jurnalı məlumat yayıb.

Araşdırmada 540 mindən çox insanın məlumatları 13-14 il ərzində izlənilib. Alimlər bildiriblər ki, bədən kütlə indeksi 30 və daha yüksək olan şəxslərdə ağır infeksiya riski sağlamçəkili insanlarla müqayisədə 70% çoxdur.

Həmin göstərici 40-dan yuxarı olanlarda isə bu risk üç dəfə yüksəkdir. Eyni zamanda, çəki itkisi infeksiya riskini 20% azaldır.

Professor Mika Kivimaki piylənmənin bədənin infeksiyalara qarşı müdafiəsini zəiflətdiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru