Məxfi sənəd yayıldı: Hitler özünü öldürməyibmiş - Şok

14-02-2026, 16:34           
Məxfi sənəd yayıldı:
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), II Dünya müharibəsindən sonra on il ərzində Adolf Hitleri Cənubi Amerikada axtarıb, baxmayaraq ki, 1945-ci ildə onun ölümünə dair rəsmi təsdiq verilmişdi.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, bu məlumatlar MKİ-nin sonradan yayımladığı məxfi sənədlərdə yer alır.
1955-ci ildə CIMELODY-3 adlı agent Kolumbiyadakı bir çimərlikdə çəkilən bir kişinin fotosunu təqdim edib. O kişi Adolf Şrittelmayor adlandırılıb və bu şəxsin gizlənən Hitler olduğu iddia edilib.
Həmçinin, 1945-ci ildə gizli kəşfiyyat məlumatlarında, Hitlerin Argentinada ona dəstək verən şəxslərin olduğu bir oteldə gizlənməsi ehtimalı da irəli sürülüb.
Lakin MKİ on il sonra bu məsələni bağlayıb, çünki kifayət qədər inandırıcı sübutlar tapılmayıb.
Bu sənədlərin yenidən ortaya atılması Hitlerin ölümünün ətrafında yaranan çoxsaylı sualların hələ də cavabsız qaldığını ortaya qoyur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]