Daha bir vacib araşdırma!!! “Dragonfly 3” və “Harop” Arasındakı Uçurum

16-02-2026, 16:36           
Daha bir vacib araşdırma!!! “Dragonfly 3” və “Harop” Arasındakı Uçurum
Kölgənin Orijinala Çatması Mümkündürmü?
...Sürət parametrində də “Harop”un üstünlüyü danılmazdır. “Harop” maksimal 225 düyün, yəni təxminən 417 kilometr/saat sürətə çata bilir ki, bu da hədəfin HHM sistemləri tərəfindən vurulma ehtimalını əhəmiyyətli dərəcədə azaldır. “Dragonfly 3”ün sürəti isə 126 kilometr/saatdır, bu, “Harop”un sürətinin təxminən üçdə birinə bərabərdir. Aşağı sürətdə olan PUA müasir HHM sistemləri, radioelektron mübarizə vasitələri və hətta sadə atıcı silahlar üçün daha asan hədəfə çevirir.
...Döyüş yükü baxımından da fərq dramatikdir. “Harop” 23 kiloqramlıq döyüş başlığı daşıyır ki, bu da ona zirehli texnikanı, raket komplekslərini, radar stansiyalarını və digər yüksək dəyərli hədəfləri məhv etmə qabiliyyəti verir. “Dragonfly 3”ün döyüş yükü isə cəmi 5 kiloqramdır, bu, “Harop”un daşıdığı partlayıcının beşdə birindən azdır. 5 kiloqramlıq döyüş başlığı ilə ciddi zirehli hədəfləri və ya möhkəmləndirilmiş mövqeləri məhv etmək olduqca çətindir. Bu yük daha çox yüngül nəqliyyat vasitələrinə, açıq mövqelərdəki şəxsi heyətə və ya qorunmamış infrastruktura qarşı effektiv ola bilər.
Şahin Qocayev














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]