Ədviyyatların beyin sağlamlığına gözlənilməz təsiri

18-02-2026, 17:24           
Ədviyyatların beyin sağlamlığına gözlənilməz təsiri
Bəzi adi ədviyyatlar əhvali-ruhiyyəyə təsir göstərə və depressiya simptomlarının şiddətini azalda bilərlər.

Oxu.Az-ın xəbərinə görə, ədviyyatların beyinə təsiri ilə bağlı eksperimental və klinik tədqiqatlardan əldə edilən məlumatları ümumiləşdirən Çin tədqiqatçıları bu qənaətə gəliblər. Bununla bağlı tədqiqatın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc edilib.

Müəlliflər qeyd edirlər ki, sarıkök, zəfəran, zəncəfil, qara istiot və çili bibəri neyroprotektor xüsusiyyətlərə malik bitkimənşəli bioloji aktiv birləşmələr ehtiva edir. Tədqiqatlar göstərir ki, bu maddələr neyroiltihabı və oksidləşdirici stresi azaltmaq, neyromediator mübadiləsini tənzimləmək və "bağırsaq-beyin" oxuna təsir göstərmək kimi depressiya ilə əlaqəli əsas mexanizmlərə təsir göstərə bilər. Həmçinin onların neyroplastikliyin - beynin adaptasiya olmaq (uyğunlaşmaq) və yeni əlaqələr formalaşdırmaq (yaratmaq) qabiliyyətinin dəstəklənməsindəki rolu da müzakirə olunur.

Klassik (ənənəvi) antidepresantlardan fərqli olaraq, ədviyyatlar adətən gündəlik rasionun bir hissəsi kimi kiçik dozalarda qəbul edilir. Bu, nisbətən əlverişli təhlükəsizlik profili ilə tədricən və çoxqatlı təsir göstərə bilər. Lakin tədqiqatçılar vurğulayırlar ki, aktiv maddələrin bioəlçatanlığı və dəqiq terapevtik dozalar əlavə tədqiqat tələb edir.

Müəlliflər hesab edirlər ki, qidalanmanın və bitki komponentlərinin emosional vəziyyətlərin tənzimlənməsindəki rolunun başa düşülməsi depressiyanın profilaktikası və köməkçi terapiyası imkanlarını genişləndirə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]