HƏKİMLƏRDƏN 5 MARAQLI MƏSLƏHƏT
20-02-2026, 00:09

1. "Xəstələnməyi dayandırmaq istəyirsiniz? Əllərinizi yox, ayaqlarınızı isidin."
30 illik təcrübəsi olan bir həkimin dediklərindən: "Bütün viruslar aşağıdan gəlir. Ayaqlarınız istidirsə, epidemiya olsa belə, xəstələnməyəcəksiniz." Buna diqqət etsəniz fərqi görəcəksiniz: ayaqlarınız isinən kimi, öskürək və ya burun axıntısı yox olur. Hər axşam ilıq su və corab geyinin. Bu işə yarayır.
2. "Pis yatırsınız? Psixikanızı unudun - bağırsaqlarınızı yoxlayın."
Saat 2 ilə 4 arasında oyansanız, bu sizin qaraciyərinizdəndir; 4 ilə 6 arasında isə, bağırsaqlarınızdandır. Şəkərdən imtina edin, bulyon- şorba içməyə başlayın və gecələr uşaq kimi yatın. Yuxusuzluq sizin başınızdan deyil. Bu iltihab insanın içindəndir. Amma siz qaşıqla Nutella və həblər içirsiniz.
3. "Təmiz dəri istəyirsinizsə, soyuq içkilər içməyi dayandırın."
Kosmetoloqun dediklərindən: "Sızanaqları müalicə etməyin - qanınızı isindirin." İnanin ki, buzlu qidalardan imtina etsəniz, üç həftədən sonra, üzünüz parıldamağa başlayacaq. Soyuqdəymə = spazmadır. Spazma = qida çatışmazlığıfır. İstilik isə, qan dövranının yaxşılaşması və həyatdır.
4. "Şirniyyatı çox istəyirsiniz? Bədəniniz... yağ istəyir."
Dietoloqun dediklərindən: "Şəkər bir partlayışdır. Yağ isə, sabit enerji mənbəyidir." Göz yaşları içində avokado yeyin. Bundan sonra ondan asılı qalacaqsınız. Eybi yox. Əvəzində bir həftədən sonra, şirniyyat istəyiniz yox olacaq və diqqət və aydınlığınız qayıdacaq. Enerji səviyyələri sabitləşəcək və beynin daha şəkər deyə qışqırmayacaq.
5. "Sakitlik, rahatlıq istəyirsinizsə, düz oturun."
Nevroloqun dediklərindən: "Əyri duruş həyəcan siqnalıdır." Onurğanızı düz-dik saxlayın - nəfəsiniz dərinləşəcək və bədəniniz sizə "Heç bir təhlükə yoxdur" deyəcəkdi. Sizə də elə bu lazımdır. Sadəcə düz duruş = sakit, əsəbdən uzaq, bir psixoloji hal.
Есмира Шукурова

