Bu ölkədən Azərbaycana kilosu 233 manata kərə yağı gətirilib – Ölkələr üzrə siyahı

19-02-2026, 15:29           
Bu ölkədən Azərbaycana kilosu 233 manata kərə yağı gətirilib –
Ötən il Azərbaycana xarici ölkələrdən 145 milyon 314,5 min dollar dəyərində 20 min 130,4 ton kərə yağı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 7,2 dollar (12,3 manat) təşkil edib.
Məlumat üçün qeyd edək ki, ən çox kərə yağı İrandan (8 min 616 ton) və Yeni Zelandiyadan (4 min 269,6 ton), ən az kərə yağı isə Lüksemburq (10 kq.) və İspaniyadan (10 kq.) idxal olunub.
Ötən il idxal edilən kərə yağı ən ucuz qiymətə Hindistandan (9,8 manat), ən baha qiymətə isə Lüksemburqdan (233 manat) gətirilib.
İdxal edilən kərə yağının ölkələr üzrə miqdarı və 1 kiloqramının orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
İran – 8 615,98 ton (10 manat);
Yeni Zelandiya – 4 269,56 ton (13,5 manat);
Səudiyyə Ərəbistanı – 1 635,63 ton (15 manat);
Belarus – 1 452,1 ton (13,4 manat);
Ukrayna – 1 389,8 ton (12,5 manat);
Finlandiya – 945,08 ton (15,4 manat);
Hindistan – 429 ton (9,8 manat);
Almaniya – 397,58 ton (16,3 manat);
Fransa – 375,55 ton (16,4 manat);
Belçika – 213,53 ton (14,9 manat);
Türkiyə – 204,62 ton (13,4 manat);
Litva – 63,66 ton (15,5 manat);
Polşa – 52,65 ton (12,2 manat);
İtaliya – 33,76 ton (19,4 manat);
Uruqvay – 25 ton (12,2 manat);
Türkmənistan – 20 ton (9,9 manat);
Portuqaliya – 0,66 ton (38,6 manat);
Lüksemburq – 0,01 ton (233 manat);
İspaniya – 0,01 ton (12 manat).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]