Stress görməni pisləşdirə bilər

23-02-2026, 11:34           
Stress görməni pisləşdirə bilər
Yaşla bağlı dəyişikliklər görmə problemlərinin yeganə səbəbi deyil.

Demokrat.az xəbər verir ki, oftalmoloqların sözlərinə görə, görməyə xroniki xəstəliklər, stress, həddindən artıq yorğunluq, yuxu və vitamin çatışmazlığı, həmçinin siqaret və spirtli içki qəbulu da mənfi təsir göstərir.

Bundan əlavə, görmənin zəifləməsi şəkərli diabet kimi ümumi xəstəliklərlə də əlaqəli ola bilər. Buna görə də ilk narahatedici əlamətlər ortaya çıxdıqda həkimə müraciəti təxirə salmamaq tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, müntəzəm müayinələr pozuntuları erkən mərhələdə aşkar etməyə və mümkün ağırlaşmaların qarşısını almağa kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]