Generala sui-qəsdin arxasında hansı ölkə var? – Kremldən iddia

23-02-2026, 12:34           
Generala sui-qəsdin arxasında hansı ölkə var? – Kremldən iddia
Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini, general Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində Britaniya izləri görünür.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov deyib.

FSB direktoru iddia edib ki, hücumun arxasında Qərbin, əsasən də Britaniyanın nəzarəti altında fəaliyyət göstərən Ukrayna kəşfiyyat orqanları dayanır.

Onun sözlərinə görə, hadisə ilə bağlı aparılan istintaq çərçivəsində cinayətin demək olar ki, bütün iştirakçıları və təşkilatçıları müəyyən edilib. Bortnikov qeyd edib ki, təhlükəsizlik qurumları prosesi diqqətlə izləyir və istintaq davam etdirilir.

“Biz heç nəyi unutmayacağıq və bağışlamayacağıq”, – deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]