Qızılın saxta və keyfiyyətsiz olduğunu müəyyən etmək üçün üsullar
25-02-2026, 17:38
Qızılın saxta və keyfiyyətsiz olduğunu müəyyən etmək üçün ilk növbədə kustar üsuldan istifadə edirik.
Valyuta.az-a müsahibəsində bununla bağlı “Qızıl Bloger” mağazasının sahibi Bəxtiyar Eminov məlumat verib.
O, qeyd edib ki, yağ daşı vasitəsilə qızılın saxta olub-olmadığını yoxlamaq mümkündür. Bununla yanaşı, daha böyük kompüter avadanlıqları vasitəsilə də yoxlama aparmaq olur. Sadə vətəndaş əyar möhürünə diqqət etməli və ev şəraitində maqnit vasitəsilə ilkin yoxlama apara bilər. Həmçinin qızıl alarkən sertifikat tələb etmək vacib məqamlardan biridir.