Çəki niyə artır? - Metabolizmin gizli tərəfləri

Bu gün, 12:18           
Çəki niyə artır? - Metabolizmin gizli tərəfləri
"Sağlam fərdlərdə maddələr mübadiləsi adətən stabil səviyyədə olur və bu prosesi əsasən şəkərli diabet və tiroid vəzinin hiperaktivliyi kimi patologiyalar sürətləndirə bilər".

Oxu.Az xəbər verir ki, bu barədə Bond Universitetinin Səhiyyə Elmləri Fakültəsinin dosenti Heyli O'Nil "The Conversation" nəşrinə açıqlamasında bildirib.

Metabolizm orqanizmin nəfəsalma prosesindən tutmuş hüceyrələrin yenilənməsinə qədər həyat fəaliyyətini dəstəkləyən kimyəvi reaksiyalar toplusudur. İnsanların diqqəti adətən metabolik sürətə, yəni bədənin qida maddələrini və enerji ehtiyatlarını nə dərəcədə tez sərf etməsinə yönəlir.

O'Nilin sözlərinə görə, gündəlik enerji xərclərinin təxminən 60-75 faizi baza metabolizminə, 10-15 faizi qidanın həzminə, 20-30 faizi gündəlik adi hərəkətlərə, 10-50 faizi isə idman fəaliyyətinə sərf olunur.

Sürətli metabolizm istirahət halında enerji sərfiyyatının orta göstəricidən ən azı 10 faiz yüksək olması deməkdir. Bu hal əsasən hipertiroidizm, şəkərli diabet və müəyyən genetik faktorlarla əlaqələndirilir.

Bunun əksinə olaraq, polikistik yumurtalıq sindromu və hipotiroidizm maddələr mübadiləsini yavaşladaraq çəki artımına səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, sağlam insanlarda metabolizmə genetika, bədən quruluşu, fiziki aktivlik və qidalanma rejimi təsir göstərir. Əzələ kütləsi piy toxuması ilə müqayisədə daha çox kalori yandırdığı üçün güc məşqləri metabolik sürətin artmasına kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]