Kartınızdakı pullar belə oğurlanır — Onlayn alış-veriş edənlərə xəbərdarlıq

4-03-2026, 08:44           
Kartınızdakı pullar belə oğurlanır —
Onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, bu sahədə müxtəlif kibertəhlükələr mövcuddur. Rəqəmsal platformalarda aparılan əməliyyatlar zamanı istifadəçilərin şəxsi və bank məlumatlarının qorunması əsas məsələlərdən biridir. Buna görə də təhlükəsizlik riskləri daim diqqət mərkəzində saxlanılır. Mövzu həm fərdi istifadəçilər, həm də ümumi rəqəmsal mühit baxımından aktuallığını qoruyur.

Məsələ ilə bağlı İT mütəxəssisi İlkin Nuriyev Demokrat.az-a bildirib ki, onlayn alış-veriş zamanı əsas kibertəhlükələrdən biri fişinq hücumlarıdır:

"Bu zaman saxta saytlar və ya mesajlar vasitəsilə istifadəçilərin bank kartı məlumatları, şifrələri və şəxsi məlumatları ələ keçirilir. Çox vaxt bu saytlar rəsmi platformalara bənzər dizaynla hazırlanır və istifadəçini aldatmaq məqsədi daşıyır.

Digər risk zərərli proqramlardır. Kompüter və ya telefonlara gizli şəkildə yerləşdirilən viruslar məlumatları oğurlaya və ya cihazı idarə edə bilər. Açıq Wi Fi şəbəkələrindən istifadə zamanı da məlumatların ələ keçirilməsi riski artır".

Ekspert deyib ki, saxta onlayn mağazalar geniş yayılıb.

"Endirim və ya xüsusi kampaniya adı ilə yaradılan bu səhifələr ödənişi qəbul edir, lakin məhsulu göndərmir. İstifadəçi isə həm pulunu, həm də şəxsi məlumatlarını itirə bilər. Riskləri azaltmaq üçün rəsmi və etibarlı platformalardan alış-veriş etmək, şübhəli linklərə daxil olmamaq və iki mərhələli doğrulama sistemindən istifadə etmək tövsiyə olunur. Bank əməliyyatlarını yalnız təhlükəsiz internet bağlantısı üzərindən aparmaq və kart məlumatlarını paylaşmamaq da vacibdir. Rəqəmsal maarifləndirmə bu sahədə ən effektiv müdafiə üsullarından biridir", - deyə o bildirib.

Qeyd edək ki, keçən il onlayn alış-veriş zamanl 36 min hüquqi pozuntu qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru