Rusiyalı psixoloq təşviş pozuntusundan xilas olma üsullarını açıqladı
5-03-2026, 16:38

"Gündəlik gəzintilər təşviş pozuntusuyla mübarizədə effektiv şəkildə kömək edir".
Bu barədə rusiyalı psixoloq Liliya Lazareva "news.ru" portalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, daxili harmoniyaya nail olmaq üçün həmçinin meditasiya və idmanla məşğul olmaq tövsiyə edilir:
"Müasir dünyanın sürətli tempi şəraitində getdikcə daha çox insan təşviş pozuntusundan əziyyət çəkir. Bunun yaranmasının bir neçə səbəbi var. Əsas səbəblər - yığılmış stres, mənfi qənaətlər və insanın yaşamadığı, dəyişdirmədiyi daxili vəziyyətlərdir. Bu halda mütəxəssislə məsləhətləşmək, gündəlik rejimə gəzintilər, meditasiya və fiziki aktivlik daxil etmək lazımdır. Həmçinin daim düşüncələrə, mülahizələrə deyil, bədəndəki hisslərə diqqət yetirmək, öz daxili vəziyyətin və mənfi qənaətlər üzərində işləmək vacibdir".
O vurğulayıb ki, təşviş pozuntusunu dəf etmək üçün bədəndə istənilən dörd nöqtə seçmək, minimum beş dəqiqə ərzində bütün diqqəti yalnız onlara cəmləmək və eyni zamanda nəfəsə konsentrasiya etmək lazımdır.
Psixoloqun sözlərinə görə, bu üsul insanın şüurunu torpaqlamağa kömək edir və onu narahat daxili düşüncələrdən yayındırır.

