Alkoqoldan tam imtina qaraciyər sirrozunu geri döndərə bilər

6-03-2026, 16:44           
Alkoqoldan tam imtina qaraciyər sirrozunu geri döndərə bilər
Vyana Tibb Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, alkoqoldan tam və davamlı imtina qaraciyər sirrozunun ən ağır formalarında belə fəsadların yox olmasına gətirib çıxarır.

32gun.az bildirir ki, "Journal of Hepatology" jurnalında dərc olunan araşdırma göstərir ki, əvvəllər geri dönməz hesab edilən qarın boşluğuna maye yığılması (assit), huşun pozulması və qida borusu qanamaları kimi ağır ağırlaşmalar alkoqol dayandırıldıqdan sonra tamamilə aradan qalxa bilər.

Avropa və Asiyanın 17 ixtisaslaşmış mərkəzində 633 xəstə üzərində aparılan beşillik müşahidələr nəticəsində məlum olub ki, iştirakçıların təxminən üçdə birində qaraciyər funksiyaları bərpa olunub və fəsadlar yox olub. Tədqiqatın aparıcı müəllifi Benedikt Hofer bildirib ki, bu vəziyyət "rekompensasiya" adlanır və sirrozun heç də həmişə fatal sonluqla bitməyəcəyini sübut edir.

Alimlərin fikrincə, bərpanın əsas şərti içkidən erkən və qəti imtina etməkdir, çünki bu yolla qaraciyər xərçəngi riski minimuma enir və xəstəliyin təkrar alovlanması ehtimalı aradan qalxır. Araşdırma rəhbəri Tomas Rayberqer vurğulayıb ki, rekempensasiya artıq nəzəriyyə deyil, ağır sirrozlu xəstələrin həyat keyfiyyətini və sağ qalma şansını əhəmiyyətli dərəcədə artıran klinik bir reallıqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru