Müctəba Xameneyi və onun Qərbdəki milyardları
10-03-2026, 15:18

...Onun maliyyə gücü Fars körfəzi daşımalarından tutmuş İsveçrə bank hesablarına və Böyük Britaniyada dəyəri 100 milyon funt sterlinqdən (138 milyon dollar) çox olan lüks daşınmaz əmlaka qədər müxtəlif sahələri əhatə edir. Bu barədə anonim qalmaq istəyən şəxslər bildiriblər, onlar ya cəzalandırılmaqdan qorxduqları, ya da açıq şəkildə danışmaq səlahiyyətləri olmadığı üçün adlarının açıqlanmasını istəməyiblər. Şirkətlər şəbəkəsi ABŞ-nin 2019-cu ildə ona qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Xameneyiyə milyardlarla dollar həcmində vəsaiti Qərb bazarlarına yönəltməyə kömək edib.
...“The Bishops Avenue” küçəsində yerləşən bu lüks evlərin fasadlarının arxasında Tehrandan Dubaya və Frankfurta qədər uzanan bir şəbəkə dayanır. Bu şəbəkənin son sahiblik zənciri bir neçə “qabıq şirkət” qatından keçərək Yaxın Şərqin ən güclü adamlarından birinə, İranın ali rəhbərinin ikinci böyük oğlu Müctəba Xameneyiyə gedib çıxır.
Şahin Qocayev
TEREF

