Pitonların qanında "möcüzəvi" molekul: Arıqlamaqda yeni inqilab ola bilər

20-03-2026, 10:28           
Pitonların qanında "möcüzəvi" molekul: Arıqlamaqda yeni inqilab ola bilər
ABŞ alimləri bioloji tədqiqatlar zamanı piton ilanlarının qanında iştahanı kəskin şəkildə boğmağa qadir olan xüsusi molekul aşkar ediblər.

Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, "pTOS" adı verilən bu maddə ilanların bağırsaq bakteriyaları tərəfindən istehsal olunur. Molekulun təsir mexanizmi artıq laboratoriya şəraitində siçanlar üzərində sınaqdan keçirilib.

Tədqiqat zamanı məlum olub ki, "pTOS" tətbiq edilən artıqçəkili gəmiricilər qida qəbulunu əhəmiyyətli dərəcədə azaldıblar və cəmi bir ay ərzində çəkilərinin 9%-ni itiriblər.

Yeni maddənin əsas özəlliyi onun birbaşa beyində aclıq hissinə cavabdeh olan hissəyə - hipotalamusa təsir göstərməsidir. Hazırda bazarda olan bir çox arıqlama preparatlarından fərqli olaraq, bu molekul ürəkbulanma və ya ciddi həzm problemləri kimi əlavə təsirlərə səbəb olmur.

Alimlər bu kəşfi pitonların metabolizmini öyrənərkən təsadüfən ediblər. Qeyd edək ki, bu ilanlar öz çəkilərinə yaxın olan ovu birdəfəyə udmağa, daha sonra isə 1.5 ilə qədər yeməksiz yaşamağa qadirdirlər. Məhz böyük ovdan sonra onların qanında "pTOS" səviyyəsi kəskin şəkildə artaraq uzunmüddətli toxluq hissi yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru