Bakıda ov silahı ilə törədilən qətlin təfərrüatları məlum oldu- Üç nəfərə atəş açılıb

27-03-2026, 09:44           
Bakıda ov silahı ilə törədilən qətlin təfərrüatları məlum oldu- Üç nəfərə atəş açılıb
Bakının Xəzər rayonunda güllələnmə hadisəsinin bəzi təfərrüatları məlum olub.

Moderator.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 67 yaşlı Cavanşir Muradov ov tüfəngi ilə Məmmədhüseyn Əmirova atəş açmaq istəyib.

Bu zaman münaqişənin qarşısını almaq istəyən Vaqif Əmirov güllələnib. Hadisə zamanı Şəhriyar Murad oğlu da yüngül bədən xəsarətləri alıb.

Əldə edilən məlumata görə, Cavanşir Muradov mərkəzdə yaşayırmış. O, qızının yaşadığı Türkan qəsəbəsinə gəlib. Tüfəngi də qızının evindən götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru