Çay adlarının etimologiyası

1-04-2026, 10:54           
Çay adlarının etimologiyası
Lena
Lena (yakut: Ulaxan Örüs — “böyük çay”, yakut: Ölöönə; buryat: Zülxə; evenk: Elyuene) — Rusiyada, Şərqi Sibirdə yerləşən çaydır, Şimal Buzlu okeanının Laptevlər dənizinə tökülərək Arktikada ən böyük deltani əmələ gətirir. Deltası ilə birlikdə uzunluğu 4400 km-dir. Bəzi hallarda Lenanın deltasındakı Bıkovski qolunun (106 km) nəzərə alınmaması ilə uzunluğu 4294 km kimi göstərilir. Hövzəsinin sahəsi 2,49 milyon km²-dir. Orta illik axını 530,225 km³ təşkil edir. Asiyanın uzunluğuna görə dördüncü çayıdır.
1619–1628-ci illərdə yer kəşfiyyatçısı Panteley Pyanda tərəfindən bu çayın adı ilk dəfə Elyuene formasında qeydə alınıb, rus dilində isə Lena kimi sabitləşib. Hesab olunur ki, çayın adı evenk dilindən götürülüb və “Elyu-ene” (“Elyuene”, “Line”) adı “yene” — “böyük çay” sözündən yaranıb.
Fizza Heydarova













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]