Gənclər süni intellektdən məyus olur: Artan şübhələr - Yeni araşdırma

10-04-2026, 12:18           
Gənclər süni intellektdən məyus olur: Artan şübhələr -
“Gallup”un yeni araşdırmasına görə, “Z nəsli” (14–29 yaş arası) arasında süni intellektə olan həvəs son bir ildə 27%-dən 18%-ə düşüb.

Valyuta.az xəbər verir ki, respondentlərin bir qismi texnologiyanın gələcək həyatlarına təsiri ilə bağlı narahatlıq və hətta qəzəb hiss etdiklərini bildirir.

Xüsusilə əmək bazarına yeni daxil olan və ya artıq işləyən gənclər süni intellektə daha ehtiyatla yanaşır. Sorğuda iştirak edənlərin təxminən yarısı hesab edir ki, süni intellektin iş dünyasındakı riskləri faydalarından çoxdur. Bu göstərici ötən illə müqayisədə 11% artıb. Cəmi 15% isə süni intellektin zərərdən çox fayda gətirdiyini düşünür.

Bununla belə, maraqlı paradoks qalır: süni intellektdən istifadə səviyyəsi yüksək olaraq qalır. Gənclər “ağıllı” çat-botlardan mütəmadi istifadə etsələr də, onlara münasibət getdikcə daha skeptik olur.

Araşdırmada həmçinin neqativ emosiyaların artdığı qeyd edilir: süni intellektə qarşı qəzəb hiss edənlərin payı təxminən 9 faiz bəndi yüksəlib.

Ekspertlər bu tendensiyanı onunla izah edirlər ki, Z nəsli süni intellekti həm gündəlik istifadə edir, həm də onun real təsirləri ilə birbaşa üzləşir. Buna görə də gənclər texnologiyanın gələcək rolunu daha tənqidi qiymətləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru