Sosial şəbəkələrdə yayılan gözəllik tələsi: Mənşəyi bilinməyən üz kremlərinə aldanmayın - VİDEO

13-04-2026, 15:18           
Sosial şəbəkələrdə yayılan gözəllik tələsi:
Sosial şəbəkələrdə istifadəçilərə kustar üsulla hazırlanan üz kremləri təklif olunur. Problem ondadır ki, bu kremlərin qablaşdırılmasının üzərində nə adı, nə tərkibi, hansı üsulla hazırlandığı, nə də istifadə qaydaları göstərilir. Bu səbəbdən mənşəyi məlum olmayan belə kremlərdən istifadə ciddi təhlükələrə yol aça bilər.

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.


"İnsanlar əvvəlcədən istifadə qaydalarını bilmirlər. Məsələn, üz kremini bəzən göz altına da çəkirlər. Bu isə düzgün deyil. Bunlar qablaşdırmanın üzərində yazılmır. Bunu bilməyən insanlar var. Yaxud krem gözə düşərsə, nə etmək lazım olduğunu da bilmirlər. Bütün bu təlimatlar mütləq yazılmalıdır. İkincisi, məhsulun ev şəraitində hansı şərtlərdə hazırlandığı bilinmir", - sakinlərdən biri bildirib.

"Mən heç vaxt öz dərimi riskə atmaram. Çünki bilmirəm, hansı şəraitdə hazırlanıb. Ona görə də bunu çox tövsiyə etmirəm", - deyə başqa bir sakin qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru