Maşın bazarında DURĞUNLUQ yaranıb - Avtomobillərə maraq NİYƏ AZALIB? - VİDEO

Bu gün, 12:14           
Maşın bazarında DURĞUNLUQ yaranıb -
Çin istehsalı olan avtomobillər Azərbaycan bazarına sürətlə daxil olsa da, son günlər bu nəqliyyat vasitələrinin satışında azalma müşahidə olunur. Hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq olunan vergi güzəştləri müddətinin başa çatması bu maşınlara olan marağı zəiflədib.

Bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Nəqliyyat üzrə ekspert Eyyub Əliyevin sözlərinə görə, vətəndaşlar güzəştlərdən yararlanaraq 2026-cı ilə qədər həddindən artıq avtomobil idxal etdikləri üçün hazırda bazarda durğunluq yaranıb. Bu vəziyyət qiymətlərə də birbaşa təsir göstərib:

"Satışa çıxarılan həmin avtomobillər artıq bazarda çoxluq təşkil edir. Bu avtomobillərə marağın azalması qiymətlərin aşağı düşməsinə gətirib çıxardı. İnvestorlar əvvəlki dövrlərdə yatırdıqları vəsaiti və qazancı 10-15 gün ərzində əldə edə bilirdilər. Lakin yanvar ayından sonra satışların və tələbin azalması investorlarda narahatlıq yaradıb. Bu səbəbdən onlar avtomobilləri mənfəətsiz sataraq vəsaitlərini geri çəkməyə üstünlük verirlər. Nəticədə, qiymətlərdə ötən ilə nisbətən ucuzlaşma müşahidə olunur".

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral ayları ərzində Çindən Azərbaycana 431 ədəd hibrid, 4 565 ədəd "plug-in" hibrid avtomobili daxil olub.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə Çindən ölkəyə 993 ədəd hibrid və 4 329 ədəd "plug-in" hibrid avtomobili gətirilmişdi. Rəqəmlər göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalında 2.3 dəfə azalma, "plug-in" hibridlərin idxalında isə 5.5% artım qeydə alınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru