Mikayıl İsmayılovun oğlu ilə məhkəməlik olan Fidan həbs edildi - Yenilənib

9-05-2026, 08:54           
Mikayıl İsmayılovun oğlu ilə məhkəməlik olan Fidan həbs edildi - Yenilənib
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin övladının anası olduğunu bildirən keçmiş sevgilisi Fidan Abbasova saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, F.Abbasova hədə-qorxu ilə tələb etməkdə və xuliqanlıqda ittiham edilir.

Şantajla bağlı ittiham üzrə şikayətçi Orxan İsmayılzadədir. O iddia edir ki, Fidan 2017-ci ildə onlardan 200 min manat pul alıb.

Fidan isə ittihamı qəbul etmir. Onun sözlərinə görə, məqsəd uşağın atalığına dair iddiadan imtina edilməsinə nail olmaqdır. Çünki birinci və apellyasiya instansiya məhkəmələri uşağın atasının O.İsmayılzadə olduğunu təsdiqləyib.

Hazırda Fidan cinayət məsuliyyətinə cəlb edilib. O, gün ərzində həbs tələbi ilə Xətai Rayon Məhkəməsinə çıxarılacaq.

***

Fidan Abbasova barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

NOCOMMENT.az xəbər verir ki, məlumatı onun vəkili Ceyhun Yusifov təsdiq edib.

Vəkil deyib ki, müvəkkilinə verilmiş ittihamı əsassız hesab edirlər, qərardan apellyasiya şikayəti veriləcək. /Qafqazinfo/














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru