Restoranlarda müştərilərdən servis haqqının tutulması qaydaları - Qanun nə deyir? - VİDEO

Bu gün, 16:38           
Restoranlarda müştərilərdən servis haqqının tutulması qaydaları -
Ölkədə fəaliyyət göstərən bəzi restoranlarda müştərilərdən ümumi xidmət haqqından əlavə, müxtəlif məbləğlərdə servis haqqı da tutulur.

Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu restoranlarda müştərilərdən tutulan həmin servis haqları ilə bağlıdır.

Müştəridən nə zaman servis haqqı tutula bilər?

Azərbaycan qanunvericiliyinə görə, istehlakçı xidmətin qiyməti və ona aid bütün əlavə ödənişlər barədə əvvəlcədən tam və aydın məlumat almaq hüququna malikdir. Restoran və digər ictimai iaşə müəssisələri göstərdikləri xidmətin qiymətini istehlakçıya qabaqcadan bildirməlidir.

Servis haqqı yalnız o halda qanuni hesab edilir ki, bu barədə məlumat menyuda, qiymət cədvəlində və ya digər açıq formada əvvəlcədən göstərilsin. İstehlakçının razılığı və məlumatı olmadan sonradan hesabda əlavə ödənişin tətbiq edilməsi qanunvericiliyə tamamilə ziddir.

Gizli şəkildə və ya heç bir xəbərdarlıq edilmədən hesabın üzərinə əlavə məbləğin yazılması istehlakçı hüquqlarının pozulması sayılır. İstehlakçı belə hallarda əlavə məbləği ödəməkdən imtina və məsələyə etiraz etmək hüququna malikdir.

Xülasə, əgər menyuda servis haqqı göstərilməyibsə, sonradan əlavə məbləğin müştəridən tutulması qanunsuzdur.

Servis haqqı menyuda əvvəlcədən göstərilibsə, bu ödəniş tərəflər arasında şifahi müqavilə şərti kimi qəbul edilir və tələb oluna bilər.

İnzibati Xətalar Məcəlləsində bu növ qayda pozuntularına görə konkret cərimələr müəyyənləşdirilib. Sənədə əsasən, göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin, menyuların olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə 800 manatdan 1 000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru