İrəvanda keçirilən hərbi paradla bağlı ŞOK İFŞA: Görün nə ediblər

29-05-2026, 10:58           
İrəvanda keçirilən hərbi paradla bağlı ŞOK İFŞA: Görün nə ediblər
Ermənistanın paytaxtı İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilən hərbi texnika və silah nümunələri diqqət çəkib. Ermənistan tərəfi paradda təqdim olunan bir sıra silahların mənşəyini fərqli formada nümayiş etdirməyə çalışıb.

NOCOMMENT.az xəbər verir ki, bu gün İrəvanda baş tutan hərbi paradda Ermənistan rəhbərliyi xarici ölkələrdən idxal edilən silah sistemlərini özünün yerli istehsalı və hərbi-sənaye kompleksinin məhsulu kimi qələmə verib. Paradda Fransa, Hindistan və digər xarici dövlətlərin istehsalı olan hərbi texnika və silah nümunələri yerli erməni adları altında nümayiş etdirilib.

Xarici hərbi məhsulların adlarının dəyişdirilərək parad iştirakçılarına təqdim olunması faktı qeydə alınıb. Konkret olaraq, xaricdən alınan silahlar paradda "Aramazd", "Mixr", "Lusan" və "Şant" kimi erməni mənşəli adlarla rəsmi şəkildə nümayişə çıxarılıb. Hərbi ekspertlər nümayiş olunan texnikaların vizual və texniki xüsusiyyətlərinə əsasən, onların Ermənistana məxsus olmadığını və xarici tərəfdaşlardan tədarük edildiyini bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru