Gecə növbəli iş beyin fəaliyyətini zəiflədir

29-05-2026, 15:24           
Gecə növbəli iş beyin fəaliyyətini zəiflədir
Gecə növbələri və dəyişkən iş qrafikinin uzunmüddətli dövrdə yaddaş, diqqət və emosional vəziyyətə mənfi təsir göstərdiyi bildirilir.

"PayPost"un məlumatına görə, alimlər gecə növbələri və sabit olmayan iş qrafikinin yuxu rejimini və bioloji saatı pozaraq beynin fəaliyyətinə təsir etdiyini müəyyən ediblər.

Araşdırmaya əsasən, belə iş rejimi zaman keçdikcə yaddaşın zəifləməsinə, diqqətin azalmasına və emosional vəziyyətin pisləşməsinə səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, gecə növbələrindən və dəyişkən qrafikdən imtina edildikdən sonra beynin bərpası mümkündür. Bildirilir ki, bu proses orta hesabla iki ilə qədər vaxt apara bilər.

Araşdırma müəllifləri hesab edirlər ki, yuxu ritminin pozulması insanın bioloji saatına təsir göstərərək uzunmüddətli nevroloji dəyişikliklər yarada bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru