Növbəti beş il müşahidə tarixi ərzində ən isti dövrlərdən biri olacaq - Alimlərdən XƏBƏRDARLIQ

29-05-2026, 17:18           
Növbəti beş il müşahidə tarixi ərzində ən isti dövrlərdən biri olacaq - Alimlərdən XƏBƏRDARLIQ
Növbəti beş il, yəni 2026-cı ildən 2030-cu ilə qədər olan dövr böyük ehtimalla müşahidə tarixi ərzində ən isti dövrlərdən biri olacaq.

RBK xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) yeni hesabatında qeyd olunub.

Alimlər bu beşillikdə azı bir ilin 2024-cü ilin rekordunu təzələməsi ehtimalını 86% qiymətləndirirlər.

Proqnoz göstərir ki, planetdə orta illik temperatur sənayeləşmədən əvvəlki səviyyənin ölçülməyə başladığı XIX əsrin ikinci yarısı ilə müqayisədə 1.3-1.9 dərəcə Selsi daha yüksək olacaq. Bununla yanaşı, 91% ehtimalla yaxın beş ildən azı biri müsbət 1.5 dərəcəlik həddi aşacaq.

Hesabatda Arktikaya xüsusi diqqət yetirilib. Orada qış fəsli ötən əsrin sonu ilə müqayisədə təxminən üç dərəcə daha isti keçəcək - bu, dünya üzrə orta göstəricidən üç dəfədən də sürətlidir. Bu səbəbdən Barents, Berinq və Oxot dənizlərində dəniz buzunun sahəsi azalacaq ki, bu da ekosistemlərə və dəniz yollarına təsir göstərə bilər.

Ümumilikdə alimlər Şimali Avropa, Sibir və Afrikada iqlimin daha rütubətli, Amazoniyada isə daha quraq olacağını proqnozlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru