Albert Eynşteyn Nobel mükafatını nəyə görə almışdı?
Dünən, 15:04
Çoxları düşünür ki, Albert Eynşteyn Nobel mükafatını məşhur Nisbilik Nəzəriyyəsinə görə alıb. Amma bu, doğru deyil. Eynşteyn 1921-ci il Fizika üzrə Nobel Mükafatını fotoelektrik effektin izahına görə qazanıb. O sübut etmişdi ki, işıq təkcə dalğa deyil, həm də enerji paketləri – fotonlar şəklində davranır. Bu kəşf sonradan kvant fizikasının əsasını qoydu və müasir texnologiyaların inkişafına böyük təsir göstərdi. Maraqlıdır ki, Eynşteynin məşhur Nisbilik Nəzəriyyəsi həmin dövrdə hələ tam qəbul edilmədiyi üçün Nobel Komitəsi mükafatı bu nəzəriyyəyə görə verməmişdi. Deməli, dünyanın ən məşhur alimi Nobelini ən məşhur nəzəriyyəsinə görə yox, işığın sirrini açdığına görə alıb. Məhəmmədəli Qəribli TEREF