Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır?

2-06-2026, 17:44           
Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı -
Dondurma kalsium və asanlıqla həzm olunan protein mənbəyidir, insana zövq bəxş edir və bu da stres səviyyəsini azaldır.

Bu barədə rusiyalı diyetoloq, tibb elmləri namizədi Olqa Yamilova "RIA Novosti" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssis bildirib ki, bu desertdə olan süd və qaymağın tərkibində faydalı maddələr var. Lakin çox miqdarda şəkər və heyvanmənşəli yağlar dondurmanın orqanizm üçün olan aşkar sağlamlıq faydalarını azaldır:

"Həddindən artıq heyvanmənşəli yağlar və şəkər mədəaltı vəzi ilə qaraciyəri həddindən artıq yükləyir, həmçinin ateroskleroz riskini artırır".

Olqa Yamilova əlavə edib ki, dondurmanın tərkibindəki bu zərərli komponentlər sürətli çəki artımına (piylənməyə) səbəb olur. Bununla yanaşı, süd yağının əvəzedicisi olan rafinə edilmiş bitki yağlarının qarışığı, eləcə də tərkibindəki stabilizatorlar və aromatizatorlar (ətirləndiricilər) da desertin faydalarını tamamilə heçə endirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru