Göründüyü qədər zərərsiz deyillər: Niyə parabüzənləri əllə götürmək olmaz?

Dünən, 16:23           
Göründüyü qədər zərərsiz deyillər:
Parabüzənləri əllə götürmək tövsiyə olunmur. Çünki onlar özlərini təhlükədə hiss etdikdə müdafiə reaksiyası olaraq tərkibində zəhərli maddələr olan maye ifraz edirlər.

Bu barədə rusiyalı biologiya elmləri doktoru, professor Mixail Qildenkov "RIA Novosti"yə müsahibəsində məlumat verib.

Alimin sözlərinə görə, parabüzənlər hemolimfa adlı maye ifraz edirlər. Həmin mayenin tərkibində toksik və acı təsirə malik kantaridin maddəsi mövcuddur.

Professor bildirib ki, böcəyin ifraz etdiyi zəhərin konsentrasiyası insanlar üçün yüksək təhlükə yaratmasa da, həssas və zərif dəridə qıcıqlanmaya, qızartıya, eləcə də allergik reaksiyalara səbəb ola bilər.

Mütəxəssis parabüzənlərlə təmas zamanı ehtiyatlı olmağı və onları əllə tutmamağı tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru