Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü?

Dünən, 16:38           
Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü?
Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün vətəndaş 18 yaşını tamamlamalı, sürücülük məktəbində təlim keçməli, imtahan verməli və sağlamlıq haqqında arayış təqdim etməlidir.

Mövcud qaydalara əsasən, bütün tələbləri yerinə yetirən şəxslər sürücülük vəsiqəsi əldə edirlər.
Bəs bu vəsiqənin müddətsiz verilməsi nə dərəcədə doğrudur və mümkündürmü?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun Baku TV-yə bildirdiyinə görə, sürücülük hüququnun müəyyənləşdirilməsində əsas meyar yaş deyil, şəxsin sağlamlıq vəziyyətidir.
O bildirib ki, 70 yaşdan yuxarı sürücülər hər iki ildən bir tibbi müayinədən keçərək sağlamlıq haqqında arayış təqdim etməlidirlər.
Ekspert Elməddin Muradlı da hesab edir ki, sürücülük hüququ yaşa görə deyil, sağlamlıq göstəricilərinə əsasən qiymətləndirilməlidir. Onun fikrincə, görmə qabiliyyəti, psixoloji və fiziki vəziyyəti sürücülük üçün uyğun olan şəxslərin hüquqları məhdudlaşdırılmamalıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru