Ən "məsum" yemək qaraciyərin "düşməni" çıxdı

Bu gün, 10:24           
Ən "məsum" yemək qaraciyərin "düşməni" çıxdı
Hər səhər yeyilən manna sıyığı qaraciyərin fəaliyyətinə ciddi ziyan vura bilər.

Demokrat.az-ın məlumatına görə Dietoloqlar xəbərdarlıq edirlər ki, bu məhsulun tərkibində lif və lazımlı vitaminlər demək olar ki, yoxdur, lakin sürətli karbohidratlar həddindən artıq çoxdur. Manna sıyığının müntəzəm qəbulu qanda qlükoza səviyyəsini qəfil dəyişdirərək mədəaltı vəzi və qaraciyəri gücləndirilmiş iş rejmində işləməyə məcbur edir.

Ekspert Anna Belousova bildirir ki, belə qidalanma xüsusilə şəkərli diabet öncəsi vəziyyəti və ya qaraciyər piylənməsi olan şəxslər üçün təhlükəlidir. Məhsulun tərkibindəki yüksək nişasta və qlüten orqanın hüceyrələrində piy yığılmasına şərait yaradır. Araşdırmalar göstərir ki, təmizlənmiş yarmalardan tez-tez istifadə edənlərin lipid mübadiləsi tam dənli məhsullara üstünlük verənlərlə müqayisədə xeyli zəifdir.

Nutrisioloq Viktor Klimovun sözlərinə görə, manna sıyığı cəmi bir saatlıq toxluq hissi yaradır. Daha sonra qan şəkəri aşağı düşür və aclıq hissi yaranır ki, bu da artıq çəkiyə səbəb olur. Həkimlər maddələr mübadiləsini qorumaq üçün qreçka, yulaf və kinoa kimi alternativlərə keçməyi tövsiyə edirlər. Manna sıyığından tam imtina edə bilməyənlər isə həftədə bir dəfədən çox olmayaraq, yanında yumurta və ya kəsmik kimi zülal qaynağı ilə birlikdə istifadə edə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru