Xaricə satdığımız fındıq ləpəsi kəskin bahalaşıb - Ölkələr üzrə siyahı

Bu gün, 16:34           
Xaricə satdığımız fındıq ləpəsi kəskin bahalaşıb -
Bu ilin ilk 4 ayında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 79 milyon 340 min dollar olan 6 min 585 ton qabığı təmizlənmiş meşə fındığı (fındıq ləpəsi) ixrac edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan fındıq ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri 12,05 dollar (20,5 manat) təşkil edib.

Qeyd edək ki, fındıq ləpəsi ən çox Rusiyaya (2 964,66 ton), İtaliyaya (1 852 ton) və Almaniyaya (943 ton), ən az isə Özbəkistana (12 ton) və Qazaxıstana (20 ton) ixrac olunub. Bundan başqa Qırğızıstan, İsrail, Türkiyə və Latviyanın hər birinə 22 ton fındıq ləpəsi satılıb.

Fındıq ləpəsi ən baha qiymətə İsveçrəyə (bir kiloqramı 27,32 manat), ən ucuz qiymətə isə Qırğızıstan və Özbəkistana (bir kiloqramı 8,5 manat) ixrac edilib.

Bu ilin ilk 4 ayında fındıq ləpəsinin ixrac edildiyi ölkələr, ixrac həcmi və 1 kiloqramının orta gömrük dəyəri belə olub:
Rusiya – 2 964,7 ton (16,51 manat);
İtaliya – 1 852 ton (24,06 manat);
Almaniya – 943 ton (26,09 manat);
İsveçrə – 260 ton (27,32 manat);
Suriya – 138 ton (17,68 manat);
Litva – 66 ton (19,89 manat);
Ukrayna – 61 ton (12,64 manat);
Belarus – 44 ton (19,24 manat);
Polşa – 42 ton (14,96 manat);
İspaniya – 38,3 ton (21,69 manat);
Çexiya – 32 ton (21,68 manat);
Gürcüstan – 24 ton (10,37 manat);
İsrail – 22 ton (19,15 manat);
Türkiyə – 22 ton (11,82 manat);
Latviya – 22 ton (20,06 manat);
Qırğızıstan – 22 ton (8,50 manat);
Qazaxıstan – 20 ton (24,65 manat);
Özbəkistan – 12 ton (8,50 manat).

Müqayisə üçün onu da bildirək ki, ötən ilin eyni dövründə xarici ölkələrə ixrac olunan fındıq ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri 6,8 dollar (11,7 manat) təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru