Xroniki alkoqol xəstələri valideynlik hüququndan məhrum edilirlər -

Bu gün, 11:18           
Xroniki alkoqol xəstələri valideynlik hüququndan məhrum edilirlər -
Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin bəzi hallarda valideynlər bu hüquqlardan məhrum ola bilərlər.

Oxu.Az-ın "Qanun nə deyir? adlı rubrikasının bugünkü mövzusu valideynin bu hüquqdan məhrum edilməsi ilə bağlıdır.

Hansı hallarda valideyn bu hüquqdan məhrum edilir?

Ailə Məcəlləsində sözügedən hallar aydın təsbit olunub:

- öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

- alimenti qəsdən ödəmədikdə;

- heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə;

- valideynlik hüquqlarından sui-istifadə etdikdə;

- uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

- xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

- uşaqların sağlamlığına və ya həyatına qarşı qəsdən cinayət törətdikdə;

- uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru