"Bir həftə azdır": Psixoloq məzuniyyətin optimal müddətini açıqladı

Bu gün, 15:18           
"Bir həftə azdır":
Bir həftəlik məzuniyyət qısa müddətli bir fasiləyə imkan verə bilər, lakin güclü tükənmə zamanı tam bərpa üçün bu müddət kifayət etmir.

Bu barədə Gazeta.ru nəşri psixologiya elmləri doktoru Dmitri Yaqudinin açıqlamasına əsasən məlumat yayıb.

Mütəxəssis diqqətə çatdırıb ki, tükənmə sindromu zamanı insanın sinir sistemi xroniki stres altında fəaliyyət göstərir. Bu vəziyyətdə qanda kortizol səviyyəsi artır, dofaminin ifrazı zəifləyir, zehni çeviklik azalır və insanın istirahətdən həzz alma bacarığı itir.

"Belə insanlar normal şəkildə sevinə və gülümsəyə bilmirlər. Məhz bu səbəbdən də tətilin ilk həftəsi əksər hallarda istirahət kimi dərk edilmir. Beynin fasiləsiz iş rejimindən azad olması üçün müəyyən vaxt tələb olunur", - deyə Yaqudin vurğulayıb.

Psixoloqun sözlərinə görə, istirahətin ilk 3-5 günü bir çox insan hələ də elektron poçtunu yoxlayır, fikrində iş tapşırıqlarını təkrarlayır, yarımçıq söhbətlərə qayıdır və hərəkətsizlikdən narahatlıq hiss edir. Ona görə də sinir sisteminə əvvəlki tapşırıqların bitdiyini dərk etməsi üçün imkan yaratmaq vacibdir.

Ekspert qeyd edib ki, stresin nəzərəçarpacaq dərəcədə azalması və koqnitiv funksiyaların bərpası adətən ikinci həftəyə yaxın başlayır. Təxminən 10-14 gündən sonra yuxu keyfiyyəti yaxşılaşır, emosional gərginlik azalır, konsentrasiya qayıdır və daxili enerji bərpa olunur.

"Bir həftəlik məzuniyyət həqiqətən kömək edir, amma bu, tam bərpa deyil, yalnız müvəqqəti fasilədir. Xüsusilə də insan artıq emosional tükənmə mərhələsindədirsə, bu müddət yetərsizdir", - deyə psixoloq bildirib.

Dmitri Yaqudin sinir sisteminin tam dincəlməsi üçün ardıcıl 2-3 həftəlik məzuniyyəti optimal hesab edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru