Qan təzyiqini aşağı salmağın qeyri-adi ÜSULU

Bu gün, 12:08           
Qan təzyiqini aşağı salmağın qeyri-adi ÜSULU
Çuğundur, ispanaq və kələm kimi tərəvəzləri qəbul etdikdən sonra saqqız çeynəməyin qan təzyiqini aşağı sala biləcəyi bildirilir.

Oxu.Az xəbər verir ki, bu barədə britaniyalı nutrisioloq Şarlotta Mills "The Telegraph" nəşrinə verdiyi müsahibəsində danışıb.

Şarlotta Millsin sözlərinə görə, yarpaqlı göyərtilər və kök tərəvəzlər yüksək miqdarda nitratla zəngindir. Bu maddə orqanizmdə qan damarlarının genişlənməsinə, qan dövranının yaxşılaşmasına və əzələlərin daha səmərəli enerji istehsal etməsinə şərait yaradır.

London Kral Kolleci və Redinq Universitetinin alimlərinin apardığı tədqiqatlar göstərib ki, tərəvəz qəbulundan sonra şəkərli saqqız çeynəmək tüpürcəyin turşuluğunu artırır. Bu proses isə nitratların orqanizm tərəfindən daha səmərəli mənimsənilməsinə və nəticədə qan təzyiqinin aşağı düşməsinə səbəb olur.

Bununla belə, nutrisioloq şəkərli saqqızdan müntəzəm istifadə etməməyi tövsiyə edib. O xəbərdarlıq edib ki, saqqızdan həddindən artıq istifadə dişlərin və ürəyin sağlamlığına zərər vura bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru