Ebola qlobal pandemiyaya səbəb olacaqmı? - Rusiyalı akademikdən mühüm açıqlama

Dünən, 17:08           
Ebola qlobal pandemiyaya səbəb olacaqmı? -
"Ebola qızdırması növbəti pandemiyanın mənbəyi olmayacaq, çünki bu virus hava-damcı yolu ilə insandan insana keçmir".

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu akademik Gennadi Onişşenko mətbuat konfransında bildirib.

Rusiyalı mütəxəssisin sözlərinə görə, Ebola qlobal pandemiya törətmək potensialına malik deyil. Çünki kütləvi yayılma üçün infeksiya mütləq hava-damcı vasitəsilə ötürülməlidir:

"İstənilən infeksiyanın özünəməxsus dövriliyi mövcuddur. Əvvəlki epidemiya təqribən on il bundan əvvəl qeydə alınmışdı. İndi isə həmin ssenari təkrarlanır".

O, həmçinin vurğulayıb ki, Konqo Demokratik Respublikasını (KDR) təmsil edən idmançıların futbol üzrə dünya çempionatında (DÇ-2026) iştirakı Ebola qızdırmasının kütləvi yayılması təhlükəsi yaratmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru