Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?

Bu gün, 15:44           
Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?
Bank sektorunda rəhbər vəzifələrə təyin olunan şəxslər yalnız peşəkar bilik və təcrübəyə deyil, həm də qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Bununla yanaşı, qanun bəzi şəxslərin bankların idarə edilməsində iştirakını qadağan edir, rəhbər vəzifələrə təyin olunanlar üçün isə təhsil, iş stajı və digər meyarlar müəyyənləşdirir.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, aşağıdakı şəxslər bankların, onların filiallarının, şöbələrinin və xarici bankların yerli filiallarının inzibatçısı (rəhbər vəzifəli şəxsi) ola bilməzlər:

-maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələblərin pozulması ilə əlaqədar məcburi ləğv edilmiş və ya müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçılar;

-maliyyə bazarlarına nəzarət orqanının tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmiş şəxslər;

-bankın inzibatçısı hüququndan qanunla müəyyən edilmiş qaydada məhrum edilmiş şəxslər;

-bankın digər idarəetmə orqanının (səhmdarların ümumi yığıncağı istisna olmaqla) üzvü olan şəxslər;

-İdarə Heyətinin üzvləri istisna olmaqla, bankda digər vəzifə tutan şəxslər;

-Müşahidə Şurasının üzvü üçün üçdən çox hüquqi şəxsin və ya digər bankın idarəetmə orqanlarının üzvü olan şəxslər;

-bankın İdarə Heyətinin üzvləri, baş mühasibi, daxili audit bölməsinin rəhbəri, filial və şöbə rəhbərləri üçün başqa banklarda və ya digər hüquqi şəxslərdə vəzifə tutan şəxslər;

-bankın digər inzibatçısı ilə qanunda nəzərdə tutulmuş qohumluq münasibətlərində olan şəxslər;

-dövlət hakimiyyəti və ya bələdiyyə orqanlarında qulluq edən şəxslər (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla).

-Qanunda eyni zamanda banklarda rəhbər vəzifə tutacaq şəxslərin təhsilinə, iş stajına, peşə hazırlığına və bəzi hallarda attestasiyadan keçməsinə dair tələblər də müəyyən edilib.

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tam mətni ilə link-ə keçid edərək tanış ola bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru