Avropada tanınan 15 məşhur geyim brendi

Bu gün, 17:44           
Avropada tanınan 15 məşhur geyim brendi
Avropa dünyanın ən məşhur geyim və aksesuar brendlərinin fəaliyyət göstərdiyi əsas bazarlardan biridir. Bu markalar uzun illərdir yüksək keyfiyyətli məhsulları, fərqli dizaynları və premium seqmentdəki mövqeləri ilə tanınır.

Avropa geyim brendləri yalnız dəbli kolleksiyaları ilə deyil, həm də pambıq, polyester, ipək və digər keyfiyyətli materiallardan istifadə etmələri ilə seçilir.

1. “Gucci”

İtaliyanın məşhur moda evi hazırda Demna Qvasaliyanın (Demna Gvasalia) yaradıcı rəhbərliyi altında fəaliyyət göstərir . Brend kişi, qadın və uşaq geyimləri ilə yanaşı, zinət əşyaları, saatlar və kosmetik məhsullar da təqdim edir. “Gucci” qlobal lüks mallar qrupu olan “Kering”in tərkibinə daxildir.

2. “Benetton”

1965-ci ildə Cilberto, Culiana, Karlo və Luçano Benetton tərəfindən yaradılan “Benetton” dünyanın müxtəlif ölkələrində minlərlə mağazaya malikdir. “United Colors of Benetton” mağazaları rəngarəng dizaynı və sosial məsuliyyət layihələri ilə tanınır.

3. “French Connection”

1972-ci ildə Böyük Britaniyada yaradılan “French Connection” kişi və qadın geyimləri, alt paltarları, ev geyimləri və ətirlər istehsal edir. Brend həm topdansatış, həm də pərakəndə satış sahəsində fəaliyyət göstərir.

4. “Austin Reed”

1900-cü ildə dərzi Ostin Leonard Rid (Austin Leonard Reed) tərəfindən yaradılan “Austin Reed” klassik kişi və qadın geyimləri ilə tanınıb. Brend xüsusilə kostyumları və rəsmi geyim kolleksiyaları ilə məşhur olub.

5. “Jimmy Choo”

1996-cı ildə Cimmi Çu (Jimmy Choo) və Tamara Mellon tərəfindən təsis edilən “Jimmy Choo” əsasən dəbdəbəli qadın ayaqqabıları ilə tanınır. Brendin müştəriləri arasında şahzadə Diana da olub. Hazırda şirkət çantalar, ətirlər və digər aksessuarlar da istehsal edir.

6. “Lacoste”

1933-cü ildə Rene Lakost (René Lacoste) və Andre Jilye (André Gillier) tərəfindən yaradılan “Lacoste” geyim, ayaqqabı, saat, eynək, dəri məmulatları və ətirlər istehsal edir. Brend xüsusilə polo köynəkləri və yaşıl timsah loqosu ilə məşhurdur.

7. “Prada”

1913-cü ildə Mario Prada tərəfindən yaradılan “Prada” çantalar, ayaqqabılar, səyahət aksesuarları, dəri məmulatları və ətirlər istehsal edir. Şirkət ekoloji və sosial məsuliyyət layihələrinə də xüsusi önəm verir.

8. “Burberry”

Londonda yerləşən “Burberry” kişi, qadın və uşaq geyimləri, aksessuarlar və kosmetika məhsulları təqdim edir. Şirkət London Fond Birjasında listinqdədir və davamlı inkişaf sahəsində də tanınır.

9. “Promod”

1975-ci ildə Fransada yaradılan “Promod” əsasən qadın geyimləri istehsal edir və bir çox ölkədə fəaliyyət göstərir. Brend müasir və zövqlü dizaynları ilə tanınır.

10. “Armani”

Corco Armani (Giorgio Armani) tərəfindən təsis edilən “Armani” kişi, qadın və uşaq geyimləri, zinət əşyaları və aksessuarlar istehsal edir. Brend müasir və zərif dizaynları ilə dünya üzrə böyük populyarlıq qazanıb.

11. “Organic Basics”

2015-ci ildə Danimarkanın Kopenhagen şəhərində yaradılan “Organic Basics” ekoloji cəhətdən təmiz alt geyimləri, idman geyimləri və gündəlik istifadə üçün əsas geyim məhsulları istehsal edir. Brend üzvi pambıq və təkrar emal olunan materiallardan istifadə etməsi ilə seçilir.

12. “Ted Baker”

1988-ci ildə Şotlandiyanın Qlazqo şəhərində Rey Kelvin (Ray Kelvin) tərəfindən yaradılan “Ted Baker” özünəməxsus və qeyri-adi dizaynları ilə tanınır. İlk olaraq kişi geyimləri istehsal edən şirkət sonradan qadın geyimləri və aksessuarlar sahəsində də fəaliyyətini genişləndirib.

13. “ASOS”

2000-ci ildə Londonda yaradılan “ASOS” gənclər üçün nəzərdə tutulmuş ən böyük onlayn moda pərakəndə satış platformalarından biridir. Şirkət yüzlərlə brendin məhsullarını satır və dünyanın bir çox ölkəsinə çatdırılma həyata keçirir.

14. “Zara”

1975-ci ildə İspaniyada yaradılan “Zara” “fast fashion” modeli ilə tanınır. Brend ən son moda trendlərini qısa müddətdə münasib qiymətlərlə alıcılara təqdim etməsi sayəsində dünyanın ən məşhur geyim markalarından birinə çevrilib.

15. “Levi’s”

1853-cü ildə Levi Strauss tərəfindən ABŞ-da yaradılan “Levi’s” mavi cins şalvarın istehsalçısı kimi tarixə düşüb (düzəliş edildi). Hazırda şirkət müxtəlif geyim məhsulları istehsal edir və dünya üzrə geniş mağaza şəbəkəsinə malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru