Şirniyyata olan qarşısıalınmaz istəyin SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:38
"Şirniyyata qarşı yaranan qarşısıalınmaz istək orqanizmdə zülal çatışmazlığının göstəricisi ola bilər".
Bunu rusiyalı qastroenteroloq Yekaterina Kaşux RT-yə müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, zülal kifayət qədər qəbul edildikdə toxluq hissi yaradır. Onun çatışmazlığı zamanı isə insan yeməkdən qısa müddət sonra yenidən acır və bu aclığı tez aradan qaldıracaq qidalara meyil edir. Kaşux vurğulayıb ki, əksər hallarda bunlar şirin məhsullar olur.
Mütəxəssis gündəlik rasiona balıq, quş əti, kəsmik və yumurta daxil etməyi tövsiyə edib. O bildirib ki, qidalandırıcı maddələrin uzunmüddətli qıtlığı daxili orqanların fəaliyyətində ciddi pozuntulara gətirib çıxara bilər.