Xaçmaz sakinindən 5 kiloqram marixuana aşkarlanıb

18-08-2022, 11:57           
Xaçmaz sakinindən 5 kiloqram marixuana aşkarlanıb
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elmin Kərimovu saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öz həyətində əkib yetişdirdiyi 189 ədəd (140 kiloqram) yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi və 5,2 kiloqram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Bundan başqa polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Nayib Cəfərov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zamanı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru