“Araz” supermarketlər şəbəkəsi adından yayılan saxta kampaniyaya ALDANMAYIN!
26-03-2026, 00:08
Son günlər sosial şəbəkələrdə və mesajlaşma platformalarında “Araz supermarket 15-ci ildönüm hədiyyələri” adı ilə saxta kampaniya yayılmaqdadır. Həmin saxta elanlarda istifadəçilərə linklər təqdim edilərək guya “15-ci ildönüm hədiyyələri” çərçivəsində müxtəlif mükafatlar, o cümlədən mobil telefonlar qazanmaq təklif olunur. Rəsmi olaraq bildiririk: • “Araz supermarket 15-ci ildönüm hədiyyələri” adlı kampaniya tamamilə saxtadır; • Bu məlumatların “Araz” supermarketlər şəbəkəsi ilə heç bir əlaqəsi yoxdur; • Paylaşılan linklər dələduzluq məqsədi daşıyır və şəxsi məlumatlarınız üçün təhlükə yaradır. Diqqət! “Araz” supermarketlər şəbəkəsinin adından istifadə edilərək yayılan bu tip mesajlar vətəndaşların aldadılmasına yönəlib. Vətəndaşlara tövsiyə edirik: • Bu cür linklərə daxil olmayın; • Şəxsi və bank məlumatlarınızı paylaşmayın; • Bu mesajları silin və yayılmasının qarşısını alın. “Araz” supermarketlər şəbəkəsi bütün kampaniyalarını yalnız rəsmi sayt və sosial media hesabları vasitəsilə elan edir.