Bakı Şəhər İcra Hakimiyyətinin AÇIQLAMASI: "Şəhərin bütün aidiyyatlı strukturları gücləndirilmiş iş rejimində işləyir.."
27-03-2026, 18:30
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirildi ki, bu gün səhər saatlarından etibarən Baki şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır. Qeyd edildi ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Nəticədə bəzi ərazilərdə subasma halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitoring qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir. Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti