Bəzi ərazilərdə aramsız yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb VİDEO

29-03-2026, 00:04           
Bəzi ərazilərdə aramsız yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb  VİDEO
BŞİH müavini ərazilərə baxış keçirtdi,tapşırıqlar verildi

Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərin digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.
Bəzi ərazilərdə ikinci gündür ki aramsız yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Bununla əlaqədar Teref Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istnadən yazır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov hadisə baş verən ərazilərə baxış keçirib, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmiş monitorinq qrupları tərəfindən problemli ərazilər müəyyən edilir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.
Hal-hazırda şəhərin müxtəlif ərazilərində yaranmış fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]