Bu gün hava necə olacaq
Dünən, 11:56

Mayın 29-da
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüzdən bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Cənub-şərq küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gündüz 22-27° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 750 mm civə sütununa enəcək.
Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gündüz 26-31° isti, dağlarda gündüz 16-21°, bəzi yerlərdə 23-26° isti olacaq.
Hidrometeoroloji Proqnozlar Bürosu

