İrandan neftlə bağlı gözlənilməz qərar

17-02-2016, 21:34           

Rəsmi Tehranın neft hasilatını azaltması məntiqli deyil.

Axar.az xəbər verir ki, bu sözləri İranın OPEK-dəki nümayəndəsi Mehdi Asali İranın “Şərq” qəzetinə açıqlamasında deyib.

O bildirib ki, İran bazardakı mövqeyini geri qaytarana qədər neft hasilatını artıracaq:

“2011-ci ildən bəri neft hasilatını artıran ölkələr indi ixracı azaltmalı və bununla qiymətin qalxmasına yardımçı olmalıdırlar”.

Bundan əlavə, İranın Neft Nazirliyi də açıqlamasında neft hasilatının azaldılmayacağını deyib.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuela neft hasilatını 11 yanvar 2016-cı il səviyyəsində saxlamaq barədə razılaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru